Professor Yaşar İbadov ABŞ-da keçrilən VII Beynəlxalq Ekspressiv terapiya üzrə Sammitdə iştirak etmi
- Ceyhun Karimov
- 11 мар. 2017 г.
- 1 мин. чтения

Müəllifi olduğu “Alternativ Psixologiya” elmini dünyanın aparıcı ölkələrində
uğurla təqdim edən görkəmli alimimizin növbəti səfəri Amerika Birləşmiş
Ştatlarına olub. “Psixogigeyina və Tibbi Psixoloji Daqnostika” Laboratoriyasının
müdüri, YAY-OSİDO İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor Yaşar
İbadov səfərdə Rusiyalı həmkarları ilə birlikdə 8-14 noyabr 2016-cı il
tarixində ABŞ-nın Nyu York şəhərində keçrilən VII Beynəlxalq ekspressiv
terapiya üzrə Sammitdə iştirak etmişdir. Sammit iştirakçıları Pratta
Universitetində, autist uşaqların təhsil aldığı xüsusi məktəbdə və psixiatriya
xəstəxanasinda aparılan praktiki işlərlə yaxından tanış olmüş, amerikalı
mütəxəssislərin art-terapiya, kadr hazırlığı və müalicə zamanı tətbiq etdikləri
metodika ilə bağlı təcrübə mübadiləsi aparmışlar. İştirakçılar tərəfindən
“Alternativ Psixologiya” elminin metodologiyası əsasanıda sağlamlığı məhdud
uşağların uğurlu müalicəsi və əldə olunan müsbət nəticələr haqqında
təqdimat maraqla qarşılanmış və birgə əməkdaşlığın davamlı olması qərara
alınmışdır. Bəşərin, İnsanliğin xidmətində öz elmi , sənəti ilə dayanan, bu
sahəyə öz töhfələrini verən professor Yaşar Saday oğlu İbadov 2009-cu ildə
Amerika Birləşmiş Ştatlarinin – Amerika Bioqraya İnstitutunun təsis etdiyi üzərində İbadov Yaşar Saday oğlu sözləri yazılmış Qızıl Medalla təltifolunmuş, ona Amerika Bioqraya İnstitutunun Fəxri akademiki adı verilmişdir.