Pr.Yaşar İbadov Böyük Birtaniyada keçrilən Dünya üzrə biznes liderlərinin sammitində iştirak etmişdi
- Ceyhun Karimov
- 11 мар. 2017 г.
- 1 мин. чтения
"Psixogigeyina və Tibbi Psixoloji Daqnostika” Laboratoriyasının müdüri, "YAY-OSİDO" İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor Yaşar İbadov müəllifi olduğu “Alternativ Psixologiya” elmini Amerika Birləşmiş Ştatlarında uğurla təqdim etmişdir. Görkəmli alimimizin növbəti səfəri dəvət aldığı Dünyanın təhsil incisi olan Böyük Britaniyanın Oksford Universitetində 19-21- dekabr 2016-cı il tarixində keçrilən “ Dünya üzrə Biznes Liderlərinin Beynəlxalq Sammiti”ndə iştirakı ilə bağlı idi. Özünün yeni elmi və innovativ metodları ilə bəşərin, İnsanliğin xidmətində dayanan, professor Yaşar İbadov müəllifi olduğu “Alternativ Psixologiya” elminin metodologiyasi əsasında etdiyi elmi ixtiraları və nanotexnologiya ilə hazırlanmış olan harmanizatorları Avropa keyfiyyet lisenziyasına və nişanına layiq görülmüşdür. Neqativ enerji və informasiyadan azad olmaqla insanda pozitiv enerji balansının tənzimlənməsinə-harmoniyanın bərpası və normada saxlanması istiqametində insanların tibbi-psixoloji sağlamlığının Beynəlxalq səviyyədə qorunması yolunda Dünya təbabətinə öz töhfələrini verən professor Y. S. İbadovun Beynəlxalq Sammitdə iştirakı və elmi nəticələri yüksək qiymətləndirilmiş - Oksford Universitetinin fəxri akademiki adı verilmişdir.